Ölkə

Oğruların işi çətin olacaq

27 Oktyabr 2015 16:50
0 Şərh     Baxış: 1 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milli Ön" ödəmə terminallarından edilən oğurluq hallarının qarşısının alınması üçün bu terminalların təhlükəsizlik sistemi yaxşılaşdırılır.

Bu barədə Milli.Az-a "Milli Ön" ödəmə terminallarının məxsus olduğu "Komtec" MMC-nin İctimai əlaqələr qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Qrup rəhbəri bildirib ki, ödəmə terminallarına sistemin nəzarət edilsə də, onlara kənar müdaxilənin edilməsi heç də çətin deyil. Ona görə də onlar, əsasən, mühafizə olunan obyektlərdə və ya ərazilərdə qoyulur ki, terminallara müdaxilə olduğu təqdirdə polislər hadisə yerinə tez çata bilsinlər.
Bundan əlavə terminallara müdaxilə edilməsi hallarının qarşısının alınması və bu işin çətinləşdirilməsi üçün onların təhlükəsizlik sistemi yaxşılaşdırılır: "Artıq terminallar təhlükəsizlik kəmərləri ilə quraşdırıldığı yerə bərkidilir. Digər tərəfdən onlara quraşdırılan siqnalizasiya sistemi müdaxilə olduğu təqdirdə avtomatik olaraq mərkəzə məlumat göndərir. Həmin məlumat dərhal polisə ötürülür. Yəni oğruların işi maksimum dərəcədə çətinləşdirilir ki, o vaxta qədər polis hadisə yerinə özünü çatdıra bilsin. Bundan artığı yalnız gərək ödəmə terminalı qəfəsə salına ki, bunu da etmək mümkün deyil".

Onun sözlərinə görə, son 3 gün ərzində ölkədə "Milli Ön" ödəmə terminallarından edilən oğurluq nəticəsində şirkətə 6 min manata yaxın maddi ziyan dəyib. Oktyabrın 26-da Bakıda, Xətai rayonunda 6 saylı Notariat kontorunun qarşısındakı terminaldan 1100 manat pul oğurlanıb. Terminalın zədələnməsi nəticəsində isə şirkətə 3080 manat ziyan dəyib.
Oktyabrın 24-də isə Goranboy rayonunda mağazadan içərisində 3036 manat olan "Milli Ön" ödəmə terminalı bütövlüklə oğurlanıb. Bu zaman şirkətə 2581 manat ziyan dəyib. 

Ü.Əfəndiyeva qeyd edib ki, bundan əvvəl də terminallardan pulun oğurlanması faktları qeydə alınmışdı. Lakin terminalın, ümumiyyətlə, oğurlanması hadisəsi ilk dəfə Goranboyda baş verib: "Hələlik şirkətə terminalların zədələnməsi ilə bağlı dəyən ziyanın qiymətləndirilməsi aparılıb. Onların bundan sonra istifadəyə yararlı və ya yararsız olduğu isə texniki şöbənin müvafiq rəyindən sonra məlum olacaq".

Pünhan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.