Ölkə

Biabır olmaq istəməyən sürücülərin diqqətinə - FOTO

13 Oktyabr 2015 17:42
11 Şərh     Baxış: 3 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaydanı pozan avtobus və taksi sürücülərini biabır edən bölmə fəaliyyətə başladı. 

Milli.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmi saytında vəd edilən "ictimai qınaq" bölməsi artıq bu gündən etibarən aktiv edilib. 

Bölmədə avtobusların ikinci və üçüncü cərgədə dayanmaları, taksi və avtomobil sürücülərinin avtobus dayanacaqlarının zəbt etmələrinə və digər qayda pozuntularına dair fotolar yer alıb. 

Fotoşəkillərdən görünür ki, şəhərin müxtəlif yerlərində, əsasən, fərdi avtomobillər, xüsusən də taksi fəaliyyəti məşğul olanlar avtobus dayanacaqlarını zəbt edərək, avtobusların dayanacaqlara yan almasına, sərnişinləri götürüb endirilməsinə mane olur. Bu isə təbii ki, yollarda təhlükəli qəza vəziyyətinin yaranmasına gətirib çıxarır. Bundan əlavə sərnişin avtobuslarının sürücüləri də xüsusən metronun stansiyaları yaxınlığında avtobusu dayanacaqda saxlamaq əvəzinə, ikinci və hətta üçüncü cərgədə saxlayaraq qaydanı ciddi şəkildə pozurlar. 

NİİM-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a bildirib ki, belə qayda pozuntularına qarşı mübarizədə vətəndaşların dəstəyinin böyük əhəmiyyəti var. Ona görə də vətəndaşlar avtobus, taksi və ya avtomobil sürücülərinin gördükləri, şahidi olduqları qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını [email protected] elektron ünvanına göndərə bilərlər. Bir şərtlə ki, həmin fotolarda qaydanı pozan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı da görünsün. Həmin fotolar NİİM-nin saytının "ictimai qınaq" bölməsində yerləşdiriləcək".
 

Qeyd edək ki, saytda yer alan fotolardakı avtomobillərin sürücüləri barədə metrialların hamısı Dövlət Yol Polisinə göndərilir və onlar qanunvericiliklə inzibati məsuliyyətə cəlb oluaraq cərimə edilirlər. 

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.