Ölkə

Bayram Səfərovun rəis oğlu yeni vəzifəyə təyin olundu

13 Oktyabr 2015 17:46
7 Şərh     Baxış: 4 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, X.Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xatırladaq ki, bundan əvvəl R.Usubov Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovu tutduğu vəzifədən azad edərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədovu isə tutduğu vəzifədən azad edərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.