Ölkə

Məşhur cərrah: "Evdən oğurlanan qızılları həyat yoldaşım başqa bir xanımda görüb"

13 Oktyabr 2015 17:00
5 Şərh     Baxış: 3 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Güləli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report xəbər veri ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Kazımi Mircəlal Mirkazım oğlu ifadə verib.

O, evindən edilən oğurluğun şifarişlə olub-olmamasını öyrənmək istədiyini bildirib: "Mənzilimdən oğurluq edilib. Mənzilimdən pul və qızıllar aparılıb. Mənə dəyən ziyanın heç biri ödənilməyib. Daha çox mənə maraqlıdır ki, bu şəxsləri kimsə sifarişlə mənim evimə göndərmişdi?! Əgər təqsirləndirilən şəxslər doğrunu desələr, onlardan heç nə tələb etməyəcəm. Evdən oğurlanan qızılları həyat yoldaşım başqa bir xanımda görüb. Daha sonra məlum oldu ki, oğurluq edən şəxslər qızılları satıblar".

E.Əliyev bildirib ki, oğurluq etdikləri evləri özləri seçir: "Heç kim bizi həmin mənzilə sifarişlə göndərməyib".

G.Əliyev isə bu işdə özünü təqsirli hesab etməyib. İşin düzgün araşdırılmasını deyib.

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.