Ölkə

Biznes-ledilərimiz hansı sahələrdə pul qazanırlar?

13 Oktyabr 2015 13:49
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qadın sahibkarlarının əksəriyyəti əsasən ticarət sahəsində fəaliyyət göstərir. 

Bu barədə Milli.Az-a İqtisadiyyat və Sənaye Nazirliyinin Biznes mühitinin qiymətləndirilməsi sektorunun müdiri Anar Məmmədov məlumat verib. 

Sektor müdirinin təqdim etdiyi statistikaya görə, bu ilin ilk yarımilində hüquqi şəxs kimi qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 3,3 faiz artaraq 97684 vahid olub. Ümumilikdə 649 mindən çox sahibkarlıq subyektləri, o cümlədən 97684 hüquqi şəxs, 551724 fiziki şəxs qeydiyyatdan keçib. 2015-ci il iyulun 1-dək hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı bu ilin yanvarın 1-nə nisbətən 6,1 faiz artaraq 551724 vahidə çatıb. 

Hesabata görə, fiziki şəxslərin 19,4 faizini (107190 vahid) qadınlar təşkil edib: "Sahibkar qadınların 28,8 faizi Bakıda, 16,4 faizi Aran, 15,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. İqtisadi fəaliyyət növləri üzrə qadın sahibkarların 37,8 faizi ticarət, 19,3 faizi kənd təsərrüfatı, 4,3 ictimai iaşə, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahələrində fəaliyyət göstərir. Ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı isə 29,1 min nəfər olub, onların  38,8 faizini qadınlar təşkil edib". 

A.Məmmədov qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2015-ci ilin 9 ayı ərzində 639 qadın sahibkara 20,1 milyon manat güzəştli kreditlər verilib. Həmin kreditlərin hesabına 1476 yeni iş yeri açılıb. 

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.