Ölkə

Zeynəb Xanlarovanın oğlu: "Ailəmizə şər atırlar"

9 Oktyabr 2015 18:01
8 Şərh     Baxış: 19 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailəsi ilə bağlı mətbuatda yayılan xəbərlərə Zeynəb Xanlarovanın oğlu Ramal Babayev münasibət bildirib.

Milli.Az xəbər verir ki, azvision.az-a açıqlamasında R.Babayev belə bir hadisənin baş vermədiyini, mətbuatda yazılan xəbərlərin şayiə olduğunu deyib.

"Bunlar hamısı yalan söz-söhbətlərdir. Heç kəs belə şayiələrə inanmasın. Ailəmizə şər atırlar. Mətbuatda çıxan yazıları mən özüm də oxudum. Orada qeyd olunub ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb, onların da bu hadisədən xəbərləri yoxdur. Doğurdan da, belə bir hadisə olmayıb. Kimsə boş-boş şayiələr yayır.

Bilmirəm kimin həyat yoldaşından söhbət gedir, amma biz belə hadisə ilə rastlaşmamışıq. Ailəmizdə hər kəs öz işi ilə məşğul olur. Ona görə də narahat olmağa heç bir əsas yoxdur".

Xatırladaq ki, yayılan məlumatlara görə, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev arasında qarşıdırma olub. Belə ki, bu gün saat 23 radələrində "Monte Kristo" şadlıq evinin qarşısında hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib.

Məlumata görə, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.