Ölkə

Bakıda hamilə ana altı balası ilə acından ölmək üzrə - VİDEO - FOTO

7 Oktyabr 2015 18:02
95 Şərh     Baxış: 12 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda cavan ana altı övladı ilə yarımçıq tikilidə səfil həyatı sürür.

Suraxanı rayonu, Zığ bağlarında yerləşən xarabalıqda məskunlaşan ailənin bu gündən sabaha ümidi yoxdur.

Milli.Az xəbər verir ki, həmin ərazidə yaşayan sakinlər ailənin vəziyyətini aidiyyəti orqanlara çatdırılması və onlara yardım edilməsi üçün criminal.az-a müraciət edib. Müraciətdə bildirilir ki, 34 yaşlı Səbinə Muradova altı azyaşlı övladı ilə acından ölmək üzrədir. Dövlətdən ayda 200 manat sosial yardım almaqla dolanan ailə yarı ac, yarı tox güzəran keçirirlər.

Ailənin başçısı Sahib Hüseynov bir neçə ay əvvəl faciəvi şəkildə dünyasını dəyişib. Onu elektrik cərəyanı vuraraq öldürüb. Ailənin durumu bundan sonra daha da pisləşib. Ailə isə elə həmin vaxtdan S.Hüseynovun keçmiş həyat yoldaşının yarımçıq tikilisində qalır. Hazırda hamilə olan S.Muradova azyaşlı balalarını saxlamaq üçün nə edəcəyini bilmir. Ümidi ancaq dövlətdən onlara köməklik edilməsinə qalıb.

Uşaqlar normal qidalana bilmədiyindən tez-tez müxtəlif xəstəliklərə yoluxur, ailənin sonbeşiyi isə vitamin çatışmazlığından əziyyət çəkir. Yaxınlıqdakı insanların köməkliyi ilə yaşayan ailə imdad diləyir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.