Ölkə

Bəy toyuna iki gün qalmış yoxa çıxdı - YENİLƏNİB - FOTO

7 Oktyabr 2015 22:35
32 Şərh     Baxış: 29 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:35

Qəbələ rayon sakini müəmmalı şəkildə itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Soltannuxa kənd sakini 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.
 
Ailə üzvlərinin sözlərinə görə Ramil Hətəmov bankomatdan pul götürmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. O, evdən çıxarkən əynində göy cins şalvar, dama-dama köynək, ayağında qara ayaqqabı olub. Onun hansı şəraitdə və nə üçün itkin düşməsi barədə hələ ki, məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün tədbirlər görürlər.
      
Məlumata görə, Ramil Hətəmov itgin düşməsəydi oktyabrın 3-də onun toy mərasimi olacaqdı. Bu günlərdə onun nişanlısı olan qızın toy mərasimi olub. Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin məzunu olan və Bakıda internet provayderi olan "Delta" Telekom Şirkətində çalışan Ramil Hətəmovun aylıq qazancının yaxşı olduğu, pul borcunun və heç kimlə şəxsi ədavətinin olmadığı bildirilir.       
      
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

----------

16:32

Bəy toyuna iki gün qalmış yoxa çıxıb.

Criminal.az xəbər verir ki, ''Delta Telecom''un əməkdaşı olan 31 yaşlı Ramil Hətəmov oktyabrın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər yoxdur.

Ramilin qardaşı Şamil Hətəmov bildirdi ki, qardaşı 2004-cü ildən Bakıda işləyir. Bir neçə gün əvvəl Qəbələyə toyunu etməyə gəlmişdi. Oktyabrın 3-də Ramilin toyu olmalı idi, lakin iki gün əvvəl itkin düşüb. Ona görə də toy təxirə salındı.

Ş.Hətəmovun qardaşının yoxa çıxmasında heç bir səbəb göstərə bilmədi: ''İlk olaraq düşündük ki, bəlkə evlənmək istəmir. lakin bu, inandırıcı görünmədi. Özü həvəslə dəvətnamələrini yazaraq qonaqları toya dəvət edirdi. Şübhəli məqam Bakı ilə bağlıdır. 10 ildən artıqdır orada işləyir və yaşayır. Orada hansısa problemi olmasından xəbərsizik''.

R.Hətəmovun itkin düşməsi barədə xəbəri qafqazinfo' yayıb. Məlumatda deyilirdi ki, R.Hətəmov oktyabr ayının 1-də günorta saatlarında telefon düzəltdirmək, bankomatdan pul çəkmək adı ilə Qəbələ rayonunun Soltannuxa kəndində evdən çıxıb və bir daha qayıtmayıb. Şəxsin heç bir əqli və ya psixoloji problemi olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.