Ölkə

Əsəd Cahangir Fikrət Qocanı təkzib etdi: "Bu böhtandır"

7 Oktyabr 2015 16:33
1 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir vəzifəsindən azad olunub.

Bu barədə APA-ya məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bildirib ki, Əsəd Cahangir öz ərizəsi ilə vəzifəsindən azad olunub: "Özü ərizə yazıb ki, onu baş redaktor müavinliyindən azad edək. Başqa səbəb yoxdur".

F.Qoca əlavə edib ki, Ə.Cahangirin yerinə təyinat olmayıb: "Hələlik o vəzifə boşdur. Bəlkə heç baş redaktor müavini vəzifəsinə heç kimi təyin etmədik".

Əsəd Cahangir isə APA-ya açıqlamasında bildirib ki, o, vəzifəsindən azad olunmayıb: "Bu böhtandır. Vəzifəmdən azad olunmamışam. Mənə ictimai əsaslarla azyb.az saytının rəhbəri vəzifəsi təklif olunub, mən də qəbul etməyi düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.