Ölkə

"Dəli Kür"ün Şamxalı xəstəxanaya yerləşdirildi

7 Oktyabr 2015 12:46
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report"a kinorejissorun ailəsindən məlumat verilib.

Həkimlər kinorejissor Fikrət Əliyevin vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Reanimasiya şöbəsinə yerləşdirilən rejissorun yanına ailə üzvlərindən başqa heç kim buraxılmır.

Xatırladaq ki, Fikrət Əliyev 1939-cu il dekabrın 12-də Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.

"Qızıl uçurum", "Qoca palıdın nağılı", "Yuxu", "Axırıncı dayanacaq" bədii filmlərinin və onlarla "Mozalan" satirik jurnalı üçün çəkilən qısametrajlı filmlərin rejissorudur. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" bədii filmində Şamxal rolunu ifa edib.

Fikrət Əliyevin çəkdiyi sonuncu bədii film "Axırıncı dayanacaq" adlanır. Film qocalar evində yaşayan insanların həyatından bəhs edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.