Ölkə

Bakıda eyni rəngli bahalı maşın sahibi olan bacılar - FOTO

7 Oktyabr 2015 13:16
17 Şərh     Baxış: 19 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Heydər Əliyev prospektində "Ferrari" və Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın "Ford" avtomobilinin "Ferrari" ilə toqquşması nəticəsində baş vermiş qəza ilə bağlı bəzi təfərrüatlar əldə etmişik. Həmin qəzada Z.Dostəliyevaya məxsus 10 SV 773 dövlət nömrə nişanlı "Ford" xanım sürücünün idarə etdiyi "Ferrari" markalı avtomobillə toqquşmuşdu.

Milli.Az xəbər verir ki, qəzaya səbəb olan 10 SN 009 nömrəli "Ferrari"nin xanım sürücüsünün kimliyi açıqlanmasa da, criminal.az-a onun bacısı ilə bağlı maraqlı məlumat daxil olub. Onun bacısı da ''Ferrari'' ilə eyni rəngdə ''Porsche'' markalı avtomobil idarə edir. Onun avtomobilinin dövlət nömrə nişanları da oxşardır, yeganə fərq seriyasındadır: 10 -- 009.

Qızların atasının isə tanınmış biznesmen olduğu deyilir.

Qeyd edək ki, mətbuatda Z.Dostəliyevanın ''Ferrari''nin sürücüsündən yeni maşın tələb etdiyi deyilsə də, müğənni bunu təkzib edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.