Ölkə

"Qaz çəkəcəm" deyib imza toplayırlar

7 Oktyabr 2015 12:55
1 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Seçki kimi böyük prosesdə, insan olan yerdə problemin olması təbiidir. Əsas məsələ pozuntuya, qüsura adekvat münasibətin göstərilməsidir. Bu baxımdan seçki komissiyaları səlahiyyətlərini düzgün tətbiq etməlidirlər. Bizim hədəfimiz budur".

AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.

O, qeyd edib ki, imza toplama kampaniyasında bəzi neqativ hallar baş verir, bəzən seçicilər bilməyərəkdən imza verirlər: "Bu, yol, qaz çəkilişi adı ilə bağlı ola bilər. Biz bundan təəssüflənirik. Vətəndaşların iradəsindən sui-istifadə etmək olmaz. Bütün bunların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır. Maarifləndirmə işinin aparılması həmişə hədəfimiz olub, əlbəttə ki, bu da zamana bağlı məsələdir. Seçkinin mahiyyətində maarifləndirmə durur. Biz seçki prosesi iştirakçılarının səviyyəsinin qaldırılması istiqamətində gördüyümüz iş müsbət nəticə verəcəksə, imzaların toplanılması ilə bu cür hallar olmayacaq.

Seçkidə iştirak edən subyektlər bəzən səhvlərə yol verirlər. İmzatoplama kampaniyasında 18 yaşına çatan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Onların da münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq bu cür hallar baş verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.