Ölkə

Bakı avtobuslarında Wi-Fi nə vaxt tətbiq olunacaq?

7 Oktyabr 2015 12:31
6 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni avtobuslarda Wi-Fi avadanlıqları qurulub və hazırda onları fasiləsiz internetlə təmin edəcək operator seçilir.

Bunu Trend-ə açıqlamasında "Baku Bus" MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, "Baku Bus" MMC-yə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra Wi-Fi məsələsi də öz həllini tapmış olacaq: "Baku Bus" MMC tərəfindən bütün işlər mərhələli şəkildə həyata keçirilir. Wi-Fi məsələsi son nöqtədir. Hazırda əsas məqsədimiz ictimai nəqliyyatda bizə verilmiş marşrut xətləri üzrə təkmilləşdirmə işləri aparmaqdır. Wi-Fi mobil telefon üzərindən olacaq. Şəbəkələrdə bəzən internetə qoşulmalarda kəsintilər olur. Gələcəkdə qoşulmada kəsinti olduqda, sərnişin "Baku Bus" MMC-dən narazı olacaq. Ona görə də biz prosesə tam hazır olduqdan sonra avtobuslarda internetlə təmin etməni tətbiq etmək istəyirik".

Xatırladaq ki, "Baku Bus" MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. "Baku Bus" MMC-yə məxsus 150 avtobus Fransa istehsalı olan "İveco" markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.