Ölkə

Azərbaycanda maraqlı fləşmob - FOTO

7 Oktyabr 2015 11:15
2 Şərh     Baxış: 2 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax məktəbliləri "İşıqlı gələcək üçün oxu" - qızları təhsilə çağırış fləşmobu keçiriblər.

Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, fləşmob "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində keçirilib.

"İşıqlı gələcək üçün oxu"  və "Oxu" şüarları altında keçirilən fləşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar.

Məktəblilər bu fləşmoba qatılmaqla respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.