Ölkə

Azərbaycanda qadın aviakassir 40 min manatı "yedi"

7 Oktyabr 2015 11:28
1 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Azərbaycan Ekspress Travel" MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının  Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilmiş cəmiyyətə məxsus  30 min  manat məbləğində vəsaiti mənimsəməsində, habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini əldə keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.