Ölkə

Polis qumarbazlarla bacarmır

7 Oktyabr 2015 10:57
2 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis qumarxananın yığışdırılması üçün vətəndaşlardan rəsmi müraciət tələb edir.

Bakı sakini Milli.Az-a məktubla müraciət edərək bildirib ki, metronun "Həzi Aslanov" stansiyasının cəmi 50 metrliyində, "Tikmat" yaşayış kompleksinin altında açıq-aşkar şəkildə qumarxana fəaliyyət göstərir: "Loto daşlarının nömrəsini demək üçün hətta səsucaldan vasitədən belə istifadə edirlər. İşləri də "xod gedən"ə oxşayır.
Tanıdığım 19-20 yaşlı gənclərin oraya getdiyini görmək mənə heç xoş gəlmədi. Bir şeyin dəyişəcəyinə inanmasam da, vətəndaşlıq borcumu yerinə yetirdiyimi düşünürəm".

Bununla bağlı Xətai Rayon Polis İdarəsindən Milli.Az-da bildiriblər ki, onlar belə bir məlumat əsasında deyilən ünvanda hər hansı yoxlama apara bilməzlər: "Bunun üçün həmin şəxs rəsmən, yazılı şəkildə Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verməlidir. Əks halda bizə oraya girə bilmərik".

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.