Ölkə

14 il əvvəlin dəhşəti - gəlini ilə birlikdə oğlunu öldürən şəxs tutuldu

6 Oktyabr 2015 16:41
31 Şərh     Baxış: 5 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisənin üstü açılıb.

APA-nın əldə etdiyi məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.

Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.     

Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.