Ölkə

Yollarımız dəyişir

4 Oktyabr 2015 10:09
1 Şərh     Baxış: 2 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda respublika və yerli əhəmiyyətli yollarda qorunma (mühafizə) zolaqlarının ölçüləri dəyişib.

APA-nın məlumatına görə, indiyə qədər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında"  qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında isə 25 metr enində ərazidə tikintisi Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla aparılan mühəndis qurğuları istisna olmaqla, bütün tikinti işlərinin dərhal dayandırılmalı idi.
 
Nazirlər Kabineti  "Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında"  qərarın bu müddəasını ləğv edib və "Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri"nin təsdiq edilməsi barədə yeni qərar verib.  Qərara əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.