Ölkə

Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub

5 Sentyabr 2015 12:40
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə baş vermiş zəlzələ nəticəsində 200-dən çox evdə iri çatlar əmələ gəlib.

Bunu Trend-ə açıqlamasında Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işçi qrupu yaradılıb və hazırda yerlərdə araşdırma aparılır.

Onun sözlərinə görə, sentyabrın 4-də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr və İşçi qurupu zəlzələ baş verən yerlərə baxış keçirib: "Şəhər və kəndlərdə evlərə baxış keçirilir. Evlərə dəymiş ziyan müəyyənləşdirilir. Tam uçan və dağılan obyekt yoxdur. Amma qeyd etdiyim kimi ümumilikdə kənd və şəhər üzrə bəzi evlərdə iri çatlar yaranıb. Bununla yanaşı bəzi məktəb və uşaq baxçaları da qəzalı vəziyyətə düşüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.