Ölkə

30 yaşlı qadın iki oğlu ilə itkin düşüb - FOTO

4 Sentyabr 2015 17:28
Baxış: 3 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 30 yaşlı qadın iki övladı ilə birgə itkin düşüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, rayonun Boladi kənd sakini, 1985-ci il təvəllüdlü Ceyran Nəsir qızı Əliyeva bu il avqustun 29-da oğlanları - 9 yaşlı Nasir Zamin oğlu Əliyev və 4 yaşlı Yusif Zamin oğlu Əliyevi özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Qadının boyu 160 sm, orta bədən quruluşlu, gözləri qəhvəyi rəngdədir, əynində açıq qəhvəyi rəngli xalat, başında ağ rəngli baş örtüyü olub.

Naməlum şəraitdə itkin düşmüş Ceyran Nəsir qızı Əliyevanı, oğlanları Nasir və Yusifi görüb-tanıyanlardan Lənkəran ŞRPŞ-nin aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur: (02525) 4-83-38; 2-17-02, (050)531-74-21; (050)570-58-98(mobil).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.