Ölkə

3 övladı və 4 nəvəsi olan qadın yoxa çıxdı - FOTO

3 Sentyabr 2015 14:55
11 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunda 56 yaşlı qadın itkin düşüb.

Report-un məlumatına görə rayonun Qaravəlli kəndində yaşayan Fatma Nədulla qızı Məhərrəmova itkin kimi axtarışa verilib. Qadın avqustun 25-də axşam saatlarında naməlum şəraitdə itkin düşüb. Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqat qrupu araşdırmalar aparıb və Fatma Məhərrəmova barəsində itkin düşmüş kimi axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Fatma Məhərrəmovanın üç övladı və dörd nəvəsi var.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi axtarış elan edib, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.