Ölkə

Orta məktəbdə yeni yığım başlayıb: nazirlik fakt istəyir

3 Sentyabr 2015 12:08
20 Şərh     Baxış: 3 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərs mövsümü açılmamış orta məktəblərdə yığım başlayıb. Bu dəfə valideynlərdən yığılan pul deyil, qəbzdir. 

Tanınmış iqtisadçı Samir Əliyev öz Facebook profilində yazıb ki, Xırdalanda təhsil şöbəsi göstəriş verib ki, valideynlər dükandan məktəbli forması aldıqda qəbzi oxuduğu məktəbə təqdim etsin: "Səbəb nədir? Buna nə ehtiyac var? Olmaya, satılan hər formaya görə faiz alırlar?"

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Milli.Az-a açıqlamasında bildirdi ki, bu cür şikayətlərin araşdırılması üçün konkret fakt lazımdır. Qəbz tələb olunan valideyn rəsmi şəkildə Təhsil Nazirliyinə müraciət etsin. Bundan sonra araşdırma aparıla bilər. Konkret şikayət olmayanda araşdırma aparılmasına icazə verilmir. 

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.