Ölkə

Tovuzdan Bakıya çatan soraq: "Zülm çəkirik" - FOTO

2 Sentyabr 2015 14:21
6 Şərh     Baxış: 2 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayon sakinləri işıqsız qalıblar.

Rayonun Aşağı Quşçu kəndinin sakinləri işıqsız qalmalarının səbibini "Azərişığın" biganəliyində görürlər. Sakinlər Milli.Az-a yazıblar ki, kəndin yuxarı hissəsində olan transformator iki ildir təmirə aparılıb. İşıqları isə başqa transformatora qoşulub. Ona görə də, işıqları közərir, elektrik avadanlıqları işləmir. 

"İşıq sarıdan zülüm çəkirik. Xahiş edirik ki, bizə, kənd sakinlərinə kömək edəsiniz. Şikayətimizi, problemimizi əlaqədar təşkilatlara çatdırasınız. Bəlkə bundan sonra transformatorumuzu təmir edələr və biz də işıqdan normal istifadə edək. Problemimiz tək transformatorla bitmir ki. İşıq dirəkləri kəndə elektrik xətti çəkiləndə qoyulub. Hamısı bərbad vəziyətdədir", - deyə sakinlər yazırlar. 

"Azərişıq"ın Tovuz rayonu üzrə rəhbəri Zöhrab Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, xarab transformator təmir üçün Gəncəyə, oradan isə Bakıya göndərilib. Hazırda təmir işləri gedir. Qısa zamanda transformator sakinlərin ixtiyarına veriləcək və işıq problemi həll ediləcək". 

Gülər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.