Ölkə

Bakıda doğum evində ölüm: əvvəl uşaq, sonra ana keçindi

1 Sentyabr 2015 17:10
50 Şərh     Baxış: 14 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.

APA-nın məlumatına görə, hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.

Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən, həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: "Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.