Ölkə

Bakıda sabiq polisi güllələyən məmur oğludur

31 Avqust 2015 11:41
65 Şərh     Baxış: 21 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sabiq polisi qətlə yetirən Rövşən Həsənovla bağlı maraqlı fakt məlum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Nadir İbrahimovu bir neçə gün əvvəl "Lexus" markalı maşınında güllələyən Rövşən Həsənovun atası yüksək vəzifəli dövlət məmurudur. Onun atası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovdur. 

Məlumat üçün bildirək ki, Nadir İbrahimov müğənni Azər Zeynalovun qaynı, Rövşən isə SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkənidir.

Mərhum N.İbrahimovun yaxınlarından Milli.Az-a bildirildi ki, R.Həsənov bir müddət əvvəl də adam öldürüb. İddiaya görə, o, avtomobili ilə bir piyadanın həyatına son qoyub. Eyni zamanda, Rövşən qanunsuz silah gəzdirirmiş. 

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.