Ölkə

CƏRİMƏdən qorunun: İki nazirlik birləşdi

30 İyul 2015 10:38
6 Şərh     Baxış: 2 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqust ayının 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Azərbaycan Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin birgə təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq avqustun 1-dən ölkədə, o cümlədən paytaxt Bakı şəhərində təmiz hava adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilir.

V.Əsədovun sözlərinə görə, nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçiriləcək: "Ətraf mühitin və ümumiyyətlə atmosferin sağlamlaşdırılması istiqamətində hazırlanmış tədbirlər planının tələbinə uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək".

V.Əsədov xatırladıb ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır: "Mühərriyin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə, məsuliyyətə cəlb edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər də buna görə məsuliyyətə cəlb olunurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.