Ölkə

Səyahətə gedən Azərbaycan vətəndaşlarının DİQQƏTİNƏ

29 İyul 2015 15:00
0 Şərh     Baxış: 3 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən Azərbaycan vətəndaşlarına müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.

Bununla əlaqədar, nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.