Ölkə

Binəqədidə yanan bina ilə bağlı dəyişiklik - FOTO

28 İyul 2015 16:33
3 Şərh     Baxış: 3 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanı təmir edən briqada dəyişdirilib.

Bina sakinlərindən birinin report-a verdiyi xəbərə görə, binanın təmiri "Azəraqrartikinti" ASC-nin Bərdə rayon filialından alınaraq Sabirabad rayon filialına həvalə edilib.

Sakinin sözlərinə görə, binanın təmir işlərinə nəzarət edən "Azəraqrartikinti" ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev özü işdən imtina edib: "Hazırda binada təmir və bərpa işləri davam edir. Yeni briqada 3 növbə ilə işləyir. Bizə verilən məlumata görə, heyətdə 250 nəfər var. İşlər kifayət qədər sürətlə gedir. Pəncərələr qoyulub. Artıq mənzillərdəki işlərin yarısı görülüb. Bir neçə mənzildə işlər başa çatmaq üzrədir".

O bildirib ki, sakinlərə yaxın müddətdə mənzillərinə köçürüləcəyi deyilib: "Sentyabr ayının 15-dək bina sakinlərinin evlərinə köçürüləcəyini deyiblər. Bu səbəbdən də təmir işləri sürətlənib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.