Ölkə

Rektor Azərbaycandan qaçdı - Universitetdə şok korrupsiya - FOTO

28 İyul 2015 15:11
5 Şərh     Baxış: 6 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə anspress-ə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb.

Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib.

Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyevin verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb.

"Hesablama zamanı nazirliyin "təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib".

Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun son olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır.

Rektorun mobil telefonuna zənglərimiz isə cavabsız qaldı. Onun ölkədən qaçdığı ehtimal edilir.

Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.