Ölkə

Leyla Yunus məhkəmədə təhqir edib, səs-küy saldı - YENİLƏNİB

28 İyul 2015 17:40
Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər.

Taksi sürücüsü İlqar Ağayev bildirib ki, Yunusovlar ailəsinin qeyri-rəsmi sürücüsü olub. Bu xidmətinə görə ona ayda 300-350 manat məvacib verilib. Göstərdiyi xidmətlə bağlı hər hansı müqavilə olmayıb.

Digər şahid Adilə Manafova Leyla Yunusla Sülh və Demokratiya uğrunda Ön Qafqaz Qadınlarının Cəmiyyətinin yeni yarandığı vaxtlarda tanış olduğunu deyib. Təşkilatın xarici donorların maliyyə yardımı ilə fəaliyyət göstərdiyini bildirən şahid 1999-cu ildən bu sektordan uzaqlaşdığını qeyd edib. Bu səbəbdən təşkilata ayrılan qrantların məbləğindən, necə xərclənməsindən xəbərsiz olduğunu vurğulayıb.

Şahid Zemfira İsmayılova Leya Yunusu 20 ildən artıqdır, tanıdığını, Sülh və Demokratiya uğrunda Ön Qafqaz Qadınlarının Cəmiyyəti ilə hər hansı əlaqəsinin olmadığını deyib. Şahid cəmiyyətin təsis olunmasına dair sənəddə imzasının olması ilə bağlı suala cavabında bildirib ki, həmin imza saxtadır.

Leyla Yunus prosesdə iş üzrə zərərçəkmiş Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovu yenə təhqir edib, səs-küy salıb.

Həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da şahid qismində dindirilib. O, jurnalistdən 2011-ci ildə boşandığını, evli olduğu vaxtlarda Leyla Yunusun tez-tez Rauf Mirqədirovla telefonda danışdığının şahidi olduğunu bildirib. Şahidin sözlərinə görə, Leyla Yunus Rauf Mirqədirovla tez-tez müxtəlif yollarla Ermənistana səfər ediblər.

Bundan sonra məhkəməyə fasilə elan edib.

Proses avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

----------

12:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər.

Yunusovlar ailəsinin qeyri-rəsmi sürücüsü olmuş taksi sürücüsü İlqar Ağayev ifadə verərək bildirib ki, bu xidmətinə görə, ayda 300-350 manat arasında məvacib alıb, lakin göstərdiyi xidmətlə bağlı hər hansı müqavilə olmayıb.

Digər şahid Zemfira İsmayılova L.Yunusu 20 ildən artıqdır tanıdığını, amma SDİ ilə əlaqəsinin olmadığını deyib. Z.İsmayılova bildirib ki, SDİ-nin təsis olunmasına dair sənəddə onun imzası saxtadır.

Daha sonra həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva şahid qismində ifadə verib. O, R.Mirqədirovdan 4 il öncə boşandığını bildirib. Z.Hacıyeva R.Mirqədirovla evli olduğu vaxtlarda L.Yunusun tez-tez R.Mirqədirovla telefonda danışdığını və tez-tez müxtəlif yollarla Ermənistana səfər etdiklərini deyib.

Proses zamanı Leyla Yunus yenidən qeyri-etik davranışlara yol verərək iclasda iştirak edən zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanovu təhqir edib, dövlət ittihamçısının və nümayəndənin məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etirazına əsasən, məhkəmə tərəfindən Leyla Yunusa bu davranışlarına son qoyması bildirilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlığına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.
Məhkəmə prosesi avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.