Ölkə

Zəhra: "Fotodakı çılpaq qız mən deyiləm..."

27 İyul 2015 16:49
11 Şərh     Baxış: 23 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haqqımda yayılmış məlumatların heç bir əsası yoxdur. Bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Belə yalan xəbərlər yayan saytlar məhkəmə qarşısında cavab verəcəklər.

Milli.Az xəbər verir ki, bunu azərfaks-a açıqlamasında teleaparıcı Zəhra Rüstəm-Osmanova mətbuata barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda heç bir yerdə işləmir və onu yanlış olaraq ANS-in əməkdaşı kimi təqdim edirlər: "Məlumatlarda adıçəkilən sərgi iki əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu, o demək deyil ki, həmin fotolardakı şəxs mənəm. Qətiyyən belə deyil, o gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik, həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlaqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu, həm də mənəviyyatdan uzaq davranışdır. Kim bunu edib, nə məqsədlə edib, hamısını məhkəmə aydınlaşdıracaq. Bir daha hər kəsin nəzərinə çatdırıram ki, yayılmış fotolardakı şəxs mən deyiləm. Bunu edən adamlar əməllərindən utansınlar. Heç kəs onlara haqq verməyib ki, insanların heysiyyatına toxunsunlar".

Z.Rüstəm-Osmanova onu da qeyd edib ki, hazırda məsələ vəkili tərəfindən araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.