Ölkə

Şəhid qəhrəmanın qız övladı zabit oldu - FOTO

27 İyul 2015 16:20
5 Şərh     Baxış: 9 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ savaşında qəhramanlıq və şücaəti ilə seçilən, yeni yaranan Hərbi Hava Qüvvələrimizin ilk döyüş təyyarəsinin pilotu, şəhid Vaqif Qurbanovun yeganə yadigarı Sevincin toy mərasimi keçirilib.

Anspress-in məlumatına görə, baş leytenant V.Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk pilotumuz olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. İyunun 13-də Qarabağ səmasında Şelli kəndi yaxınlığında təyyarə ermənilər tərəfindən vurulub. Cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olması barədə ailəsinə xəbər verilib.

Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. Anası Nəzakət Qurbanova onu atasına layiq övlad kimi böyüdüb boya-başa çatdırıb, ömrünü yeganə övladına həsr edib. Bakı Dövlət Universitetini bitirərən Sevinc xanım atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub. Bu günlərdə kursu müvəffəqiyyətlə başa çatdıran Sevinc ordu sıralarında xidmətə başlayacaq.

İyulun 25-də isə Sevinc xanımın həyatında ən əlamətdar günlərdən biri baş tutub. Toy mərasiminə onun doğmaları, yaxınları ilə yanaşı, atasının silahdaşları Fuad Məmmədov, Gülbudaq Binyətov, Bəşir Əliyev, Akif Quliyev və başqaları qatılıblar.

Toy mərasimdə iştirak edən Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov ailə quran gəncləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb.

Sonra atasının silahdaşlarının övladları Səbail rayonunu ərazisində yerləşən 3 otaqlı mənzilin açarlarını və gül dəstəsini Sevinc xanıma təqdim ediblər.

Onun anası Nəzakət xanım Vətən qarşısında xidmətləri olan hər kəsin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini, bütün şəhid ailələrinə, o cümlədən də onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə, ölkə başçısına, ordu rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.