Ölkə

Azərbaycanda əsl Siciliya cinayəti: xəyanət, dayı qəzəbi, kəsilən baş və yanğın

13 İyul 2015 16:34
48 Şərh     Baxış: 8 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın ən məşhur yazıçılarından biri, siciliyalı Leonardo Şaşanın "Pirandello e la Sicilia" romanında bəhs olunan və sonradan italyan kinematoqrafında dəfələrlə təkrarlanan hadisənin bənzəri Azərbaycanda baş verib.

Şaşanın romanının qəhrəmanlarından biri kəndlisinin xanımına vurulmuş və onunla sevişmişdi. Qadının əri bundan xəbər tutanda əvvəlcə xəyanətkar qadını öldürmək istəyib, amma əli gəlmədiyindən o qadının dayısına şikayətlənib. Qadının dayısı da "namus yükünü çəkə bilməyən" qohumunu "qeyrətsiz" adlandıraraq öldürüb.
Xülasə, xəyanət sonradan kənddə qətlə, yanğına, vurhavura səbəb olub...
Ağcabədi rayonunda ötən gün törədilən ağır cinayət sözügedən romanda bəhs edilən hadisələrə çox bənzəyir.

Rayonun Aran kəndində dayı bacısının kürəkənini amansızlıqla öldürüb. Hətta hələlik dəqiq öyrənə bilməsək də, kənd sakinləri Milli.Az-a dedilər ki, amansız cinayət polis əməkdaşlarının gözləri qarşısında baş verib. 

Ağır cinayətə nə səbəb olub? 

Aran kən sakini 36 yaşlı İlham Həsənov öz arvadını dostu, eyni zamanda kirvəsi olan Ramil adlı şəxsə qısqanıb. Onların evinə tez-tez gəlib-gedən Ramillə arvadı arasında hansısa münasibətin olmasından şübhələnib. Buna görə də, arvadını döyərək atası evinə qovub. Qızın dayısı, 44 yaşlı Musa Əliyev məsələyə qarışıb və İlhama qızı götürüb evinə qaytarmağı məsləhət görüb. İlham isə buna etiraz edib. Musanın isə sonra İlhama cavabı belə olub ki, ya arvadı evinə apar, ya da evində öldürəydin. Musa hətta İlhama bacısı qızını özünün öldürməyə ürəyi gəlmədiyini də deyib. 
Sonda dayı bacısı qızına yox, İlhama bıçaq çəkib. Böyük bıçağı onun boğazına sancıb. 

Qızın etirafı aranı daha da qızışdırdı

Məsələ bununla da bitməyib, ara daha da qızışıb. Vəziyyət dramatik həddə çatanda isə İlhamın arvadı hər şeyi etiraf edib. Ramillə münasibətinin olmasını rədd edib, əksinə təcavüzə məruz qaldığını deyib. Bundan sonra ferma saxlayan Ramilin ot tayasına od vurulub. Onun 20 tonluq ot tayası yanaraq məhv olub. 

Hazırda qızın xalası oğlanları Ramili axtarırlar. Əldə etdiyimiz məlumata görə, Ramilin həyatının təhlükədə olduğunu görən qardaşları onu polisə təhvl veriblər. Hazırda vəziyyət gərgin olaraq qalır. Musa Əliyev də polis nəzarətindədir. Hadisələrin necə cərəyan edəcəyini isə izləyirik.

Milli.Az izləyin. 

Gülər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.