Ölkə

Etibar Babayevə ATV-də vəzifə verildi

7 İyul 2015 18:39
1 Şərh     Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək.

Tanınmış telejurnalist Etibar Babayevə yeni vəzifə verilib. Lent.az-ın məlumatına görə, o, "Azad Azərbaycan" telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. E. Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək.
 
Məlumat ATV-dən təsdiqlənib.
 
Qeyd edək ki, E. Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.