Ölkə

“Xəzər”in aparıcısı ANS-də

7 İyul 2015 12:42
4 Şərh     Baxış: 4 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" telekanalının keçmiş aparıcısı Günay Rəhimova uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, aparıcı bundan sonra ANS ÇM-də "Xəbərlər" proqramının aparıcısı kimi çalışacaq.

G.Rəhimova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib:

"7 ay efirdən uzaq qaldım. ANS-də çalışmaq mənim üçün böyük şərəfdir. Ora bir məktəbdir. Burada çalışan peşəkarlardan nəsə görüb-götürmək imkanım varsa, nə xoş mənə. Karyeramda radio təcrübəsinin olmasını da istədim. İndi tamaşaçılar üzümü görməyəcək, yalnız səsimi eşidəcəklər. Əslində əvvəl "Xəbərlər" aparıcısı olmuşam. Daha sonra şou xarakterli verilişə gəldim. Müsahibələrimdə xəbərlərə qayıtmaq istəmədiyimi deyirdim. Qismət bu günə imiş".

Qeyd edək ki, G.Rəhimova "Xəzər"də "Bizim gün" verilişinin aparıcısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.