Ölkə

Bakıda "ana qeyrəti" ana ürəyini parçaladı - 10 bıçaqla

7 İyul 2015 11:31
241 Şərh     Baxış: 16 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "ana qeyrəti" çəkənlər və buna görə anasını öldürənlər dünyanın ən çirkin cinayətini törətməklə hər kəsin lənət oxuduğu insana çevrildiklərini anlamırlar. Xüsusiən də ana həmin balasını min əziyyətlə böyüdərək oğul edibsə, cinayət əsl faciədir. 

Bakıda növbəti "qeyrət" cinayəti törədilib. Bu cinayət nə öpüşə görədir, nə də söyüşə. Bunun adı da "ana qeyrəti"dir. 

Ötən gecə 21 yaşlı Siyavuş Zöhrabov amansızlıqla 45 yaşlı anası Tahirə Zöhrabovanı qətlə yetirib. O, anasına 10 bıçaq zərbəsi vuraraq öldürüb. 
S.Zöhrabov polisə ifadəsində ana qatili olmasının səbəbini açıqlayıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, o, amansız cinayətə əl atmasını "ana qeyrəti" çəkməsi ilə əsaslandırıb. Bildirib ki, anasının mobil telefonuna tanımadığı kişidən sms gəlib. Buna görə də anasını öldürüb.

T.Zöhrabova bir müddət əvvəl həyat yoldaşından boşanıb. Üç uşaqdan ikisi ata, Zöhrab isə onunla yaşamalı olub. Evlərdə xadiməlik etməklə Zöhrabı böyüdən ananın həyatı isə min əziyyətlə böyütdüyü balasının onun işlərinə girişməsi ilə bitib.

Belə oğullara xatırlatmaq istərdik ki, heç bir övlad ananın həyatına nizam vermək,  olar-olmazları müəyyənləşdirmək hüququna malik deyil, heç onun intim həyatına da... 

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.