Ölkə

Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

7 İyul 2015 10:25
0 Şərh     Baxış: 2 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Borsunlu kəndi ərazisində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Afiq Məşdi oğlu magistral yolun kənarı ilə hərəkət edərkən hələ ki, sürücüsü məlum olmayan "Honda" markalı avtomobil tərəfindən vurulub. A. Quliyev ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə şahidlərinin bildirdiklərinə görə, "Honda"nın sürücüsü yuxulu olduğundan idarəetməni itirərək əvvəlcə piyadanı vurub, sonra isə maşını yolun kənarındakı səkiyə çırpıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.