Ölkə

İki nəfəri xilas edərək dənizdə batan polisin dəfnindən REPORTAJ - VİDEO

7 İyul 2015 10:38
22 Şərh     Baxış: 5 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl canı bahasına iki nəfərdən birini xilas edən polis sonda özü böğularaq dünyasını dəyişmişdi.

ANS TV-nin məlumatına görə, dənizdə batan iki şəxsi öz həyatı bahasına xilas edən polis serjantı Zaur Nurəliyev ata-baba yurdu olan İsmayıllının Buynuz kəndinə gətirilərək burada dəfn olunub.

Zaurla birlikdə hadisə yerində olan yaxın qohumu Elşən Əhmədov bildirir ki, həmin gün ailələrilə birlikdə dənizə istirahətə gediblər. Sahilə çatandan bir neçə dəqiqə sonra batan iki şəxsin qışqıraraq yardım istədiyini eşidiblər. Bunu görən Zaur Nurəliyev dərhal həmin adamları xilas etmək üçün dənizə baş vurub.

"Sahilə çatandan bir neçə dəqiqə sonra suda bir qadın və onun yaxınlığında olan bir oğlan batırdı. Bu an Zaur körpəsini bizim yanımızda qoyaraq özünü suya atdı. Nə qədər çalışsaq da onu bu fikrindən daşındıra bilmədik. Zaur mərd oğlan idi, onun saxlamaq da mümkün deyildi", - deyə Elşən Əhmədov bildirib.

Elşən Əhmədovun sözlərinə görə, Zaur əvvəlcə boğulmaqda olan qadını çətinliklə də olsa, sudan çıxara bilib. Bundan sonra batmaq təhlükəsində olan digər şəxsi xilas etməyə tələsib.

Zaurun yorulduğunu və halsız olduğunu görən yaxınları onu çəkindirmək istəsələr də, Zaur iki aylıq körpəsini və həyat yoldaşını sahildə qoyaraq yenidən dənizə baş vurub. Bu isə onun həyatı bahasına başa gəlib.

Suraxanı Rayon Mühafizə Şöbəsinin polis serjantı kimi xidmət eden 27 yaşlı Zaurun meyidini FHN xilasediciləri yalnız gecə saatlarında tapa biliblər.

Zaurun komandiri Bəylər Misirxanov deyir ki, Zaurdan bir dəfə də olsun pis söz eşitməmişəm, əsgəri xidmətdə olarkən onun hər zaman yaxşı sorağını eştmişəm.

Öz şücaətilə bir anda hər kəsin yaddaşında iz salan gənc polisi indi hər bir kəs hörmətlə anır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.