Ölkə

Bakıda qonşular arasında ayaqyolu qalmaqalı - VİDEO

7 İyul 2015 10:46
0 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Səbail rayonunda qonşulardan birinin evində apardığı təmir işləri ümumi istifadədə olan sanitar qovşağını yararsız vəziyyətə salıb. Bu isə digərləri üçün həll olunmaz problemə çevrilib.

ANS TV-nin məlumatına görə, Bəxtiyar Əliyev illərdir Bakının mərkəzində Səbail rayonu, Mərdanov qadaşları 3, mənzil 17 ünvanında yaşayıb. Amma bu gün qonşusunun evini təmir etdirmək istəyi onun işini müşkülə salıb.

Burada yaşayan hər bir kəs mənzillərini təmir etdirərkən evlərinin içində ayrıca sanitar qovşaq da tikiblər. Bəxtiyar dayının maddi imkanı buna yol vermədiyindən binanın inşası zamanı tikilmiş ümumi ayaqyolundan istifadə edir.

Qonsunun təmir işləri aparmasından sonra isə köhnə ayaqyolu uçmaq təhlükəsilə üz-üzə qalıb. Sanitar qovşağın divarları aralanıb, tavanı isə çöküb.

"Qonşu evində tikinti işləri aparırdı. Bundan sonra sanitar qovşağın divarları aralanıb. Hazırda mənzil qəzalı vəziyyətdədir", - deyə şikayətçi Bəxtiyar Əliyev bildirib.

Qonşu Bəxtiyar Əliyevə ayaqyolunu düzəltməyə söz versə də, üç aydır ki, vədinə xilaf cıxır. Bəxtiyar Əliyev isə bunun öz vəsaiti hesabına edə bilmir. Çünki yaşadığı evdə də vəziyyət ürəkacan deyil. Ağsaqqal burada xəstə qızı ilə birlikdə yaşayır. Gündəlik yaşayışını qonşuların xarab televizor, telefonunu düzəltməklə təmin edir.

Məsələyə aydınlıq gətirmək üçün ilk əvvəl qonşunun qapısını döydük. Amma evdə heç kim olmadığından qapını üzümüzə açan olmadı. Biz də üz tutduq binanını balansında olduğu 5 saylı MKİS-ə. Rəis Xamis Osmanov Bəxtiyar Əliyevin onlara müraciət etmədiyini və tez bir zamanda problemin həlli üçün lazımi tədbirlər görəcəklərini bildirdi:

"Səbail rayonu, Mərdanov qadaşları 3, mənzil 17 ünvanında yaşayan sakin Bəxtiyar Əliyev sanitar qovşağı ilə bağlı bizə müraciə etməyib. Amma buna baxmayaraq tezliklə bu məsələ ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək".

Bu yerdə isə Bəxtiyar dayıya bir azca səbr etmək qalır. Ümid edək ki, MKİS-in rəisi problemin həllinə nail olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.