Ölkə

Qızıl medalçımız özünə avtomobil aldı - FOTO

6 İyul 2015 16:31
15 Şərh     Baxış: 5 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.

Anspress-in məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz İnstagram səhifəsində paylaşıb. "Dodge" markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.

İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu.

Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.