Ölkə

O nişan yenə aşdı - FOTO

6 İyul 2015 11:57
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda uzunluğu cəmi 600 metr olan yolun problemi düzəlmək bilmir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yolda piyadalardan tutmuş sürücülər üçün həll edilməyən çatışmazlıqlar var. Piyada zolaqları silinib və problem həll edilmir, işıqfor böyük yaşayış kompleksinin insanları üçün deyil, yaxınlıqdakı zavoda giriş-çıxışa xidmət edir. Bütün bunlar bir yana, küçənin başlanğıcında sürət həddini göstərən yol nişanı artıq neçənci dəfədir aşır. Ancaq Milli.Az-ın müdaxiləsindən sonra problem aradan qaldırılır. Ərazidə xidmət göstərən polis məhz həmin yol nişanının tələbini pozduğuna görə sürücüləri cərimələyir, ancaq həmin aşmış nişanı görmür.

Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, yol nişanı ilə bağlı problem həll ediləcək. İşıqforun yerini təyin etmək, piyada keçidini göstərən nişanı qoymaq isə komissiyanın rəyindən sonra mümkündür.

Gülər

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.