Ölkə

Metronun "Elmlər Akademiyası" stansiyasında YENİLİK

6 İyul 2015 10:39
3 Şərh     Baxış: 3 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət proqramına uyğun olaraq, Bakı Metropolitenində "28 May"dan sonra ikinci giriş-çıxışla təmin ediləcək daha bir dərin özüllü stansiya "Elmlər Akademiyası" olacaq.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, inşaat işləri çərçivəsində buradakı elektrik yarımstansiyasının yenilənməsi də nəzərdə tutulur. Stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşdiyindən yarımstansiyanın yeni şərtlərlə qurulması məqsədəuyğundur. Köhnəlmiş və istismar müddəti başa çatmaq üzrə olan avadanlıqların yeniləşdirilməsi vacibdir. Bu işlər öz növbəsində məhsuldarlığı, effektivliyi artırmağa, gələcəkdə xəttin və genişlənəcək stansiyanın elektrik təchizatını etibarlı qaydada təmin etməyə kömək edəcək.

Yarımstansiyanın avadanlıq və sistemlərlə təchizatında yaxından iştirak edən "Pluton" şirkətinin baş direktoru Dmitri Ovsyaniker və kommersiya direktoru Yuri Voloşin Bakı Metropoliteninə səfər edərək qarşıdakı mərhələ ilə bağlı vəziyyəti müzakirə ediblər. Eyni zamanda, mövcud vəziyyət qiymətləndirilib. Yarımstansiyada avadanlıqların quraşdırılması zamanı yerli mütəxəssislərin keyfiyyətli işini yüksək qiymətləndirən şirkət rəsmiləri, əvvəlki illərin təcrübəsinə uyğun olaraq, bundan sonrakı mərhələdə də görüləcək işlərin müsbət təsirinin olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, yarımstansiyada 10 kV, 825 V, 380 və 220 V-luq paylayıcı quruluşlar, 3 düzləndirici aqreqat, 2 güc və bir o qədər də işıqlanma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Plana müvafiq şəkildə yarımstansiyada təchizatla bağlı son tədbirlərin görülməsinə başlanılıb. Avadanlıqlar və sistem virtual deyil, real güc altında yoxlanılacaq.

Əlavə edək ki, hazırda Ukraynanın "Malada" şirkəti yarımstansiyanın havalandırma sistemləri üzərində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.