Ölkə

Cavid Qurbanov "təmizliyə" başladı

3 İyul 2015 16:56
0 Şərh     Baxış: 2 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları"nda bir sıra problemlər də mövcuddur. Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb.

Trend xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən geniş kollegiya iclasında QSC-nin sədri Cavid Qurbanov deyib.

Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

O, iclasda, həmçinin dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır:

"Hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunur. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyətinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.