Ölkə

Bakıda yol təmiri qıcıq yaratdı - FOTO

3 İyul 2015 17:11
1 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının böyük avtomobil yolunda aparılan təmir işləri insanlarda sevnc əvəzinə qıcıq yaradıb.

Oxucular Milli.Az-a yazırlar ki, Zığ yolunda yol kənarındakı beton səkilər normal vəziyyətdə olduğu halda sökülür. Onun əvəzinə yeni beton arakəsmələr gətirilib. 

Məsələ ilə bağlı "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Milli.Az-a bildirdi ki, Nobel prospektində abadlıq işləri aparılır. Həmin prospektdə yolayırıcı zolaqda torpaq səkidən hündürdə idi. Həmin ərazi otluq idi və suvarma zamanı palçıqlı su yola axırdı. Qərara gəlindi ki, ot həmin sahədən çıxarılsın, torpaq aşağı salınsın və daş döşəmə ilə əvəzlənsin. 

Abadlıq işləri prospektin ancaq problemlər olan hissəsində həyata keçirilir.    

Gülər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.