Ölkə

Bakıda evlilik proqramının qadın iştirakçısının sərxoş anları - FOTO

2 İyul 2015 10:03
11 Şərh     Baxış: 5 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərxoş qadın sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb.

Lent.az-ın məlumatına görə, yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılan sürücünün içkili halda sükan arxasına keçdiyi müəyyən edilib. Mərdəkan qəsəbəsi ərazisində hərəkətdən uzaqlaşdırılan 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəchlə öz əməlinə haqq qazandırmağa çalışıb. Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxarıb. Sənədləri təqdim etməkdən və maşını tərk etməkdən boyun qaçıran Aygün Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün əlavə kömək lazım olub.

Post patrul xidməti əməkdaşlarının köməkliyi ilə maşından düşürülən qadın sürücü, daha sonra sərxoşluq müayinəsinə aparılıb. O da məlum olub ki, Aygün Cəfərova bir neçə gün əvvəl də sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.

Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunub, avtomobil isə müvəqqəti duracağa qoyulub. Aygün Cəfərovanın sürücülük hüququndan da məhrum ediləcəyi gözlənilir.

Qeyd edək ki, 31 yaşlı Aygün Cəfərova vaxtilə Azərbaycan telekanallarından birində yayımlanan evlilik proqramının iştirakçısı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.