Ölkə

Azərbaycanda bir qığılcımla həyatdan silinən gənc ailə - FOTO

1 İyul 2015 11:05
66 Şərh     Baxış: 14 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir ailə həyatdan silinib. Abşeron rayonunda ani qığılcım 4 nəfərdən ibarət gənc ailənin çırağını əbədi söndürüb. 

Milli.Az xəbər verir ki, Qobu qəsəbəsində bir neçə gün əvvəl fərdi yaşayış evində partlayış olub. Partlayış nəticəsində ata, ana və iki azyaşlı qız ağır yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə çatdırılıblar. Lakin həkimlər onların həyatını xilas edə bilməyiblər. Ailənin bütün üzvləri xəstəxanada dünyasını dəyişiblər. Onlar Beyləqan rayonuna aparılaraq dəfn ediliblər. 

Hadisə atanın siqaret yandırması nəticəsində baş verib. O, evə qaz sızmasından xəbərsiz olub. Səhər tezdən siqaret yandırarkən ani partlayış baş verib.  

Gülər

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.