Ölkə

İlham Əliyev ədliyyə nazirini mükafatlandırdı

30 İyun 2015 18:42
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prtezident İlham Əliyev ədliyyə naziri Fikrət Məmmədovu mükafatlandırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İlham Əliyev  Fikrət Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə Fikrət Fərrux oğlu Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.