Ölkə

Bakıda məhəllə qeyrəti və öpüş qətli

30 İyun 2015 17:26
181 Şərh     Baxış: 8 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "məhəllə qeyrəti" anlayışının barbar forması daha bir gəncin həyatına son qoydu.

Milli.Az xəbər verir ki, Nərimanov rayonunda 25 yaşlı Nazim Ələkbərov sevgi qurbanı olub.

Hadisə onun öz sevgilisini evlərinə ötürərkən törədilib. N.Ələkbərov qızı məhəlləsində ötürüb, sağollaşrakən öpüşüblər. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib.

"Bizim məhəllə sənin üçün Bombeydir? Qızla öpüşürsən burada?" deyərək bıçaqla zərbə endirib. Nazimi heç xəstəxanaya çatdırmaq mümkün olmayıb, yolda keçinib. 

Kamran Həsənzadə artıq tutulub. İfadəsində qətli məhələ söhbətinə görə törətdiyini etiraf edib. 

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.