Ölkə

Azərbaycanda iki uşaq atasının "eşq" VƏHŞİLİYİ

27 İyun 2015 10:57
203 Şərh     Baxış: 13 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yazılmamış qanun adlanan, əslində mağara təsəvvürləri olan düşüncə daha bir dəhşətli cinayətə yol açıb. Cinayəti törədən kişi isə əməlinə haqq qazandırmaq üçün yenə namus pərdəsinə sığınmağa çalışıb. 

Oğuz rayonunun Padar kəndində 30 yaşlı İlkin Rəsulov Kəlbəcər rayonundan məcburi köçkün olan ailənin evinə yas salıb. O, ailənin 23 yaşlı qızı, Səbinə Əhmədovanı yaşadığı evdə qətlə yetirib. Qızının harayına çıxan ana isə balasını yerdə qan içərisində çabalayan görüb özünə qəsd edib. O, qızının cansız bədəninin üstündə sirkə turşusu içərək zəhərləyib. Xəstəxanaya çatdırılan ananın həyatı xilas edilib.

İlkin özü ilə götürdüyü bıçaqla cavan qıza bir neçə zərbə vuraraq öldürüb, sonra isə polisə gedərək nişanlısını qısqanclıqdan öldürdüyünü deyib. 

Milli.Az rayon polisindən öyrəndi ki, İlkinlə Səbinə bir neçə ay əvvəl nişanlanıblarmış. Sonradan qızın ailəsi bilib ki, İlkin evlidir və 2 azyaşlı övladı var. Buna görə də nişanı qaytarıblar. Görünür, nişanın qaytarılması İlkində qıcıq yaradıb və hikkəsindən ağır cinayət törədib. 
 
Padar kənd sakinləri Milli.Az-a bildirdilər ki, S.Əhmədova atasını uşaq vaxtından itirib. O vaxtdan anası evlərdə qulluqçuluq etməklə onu böyüdüb. 
Oğuz Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır. 

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.