Ölkə

Bakıda döşəmə çökdü, qadın quyuya düşdü - FOTO

30 May 2015 09:50
1 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 47 yaşlı qadın quyuya düşüb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Balaxanı qəsəbəsi, Yanar dağ küçəsi ev 19-da baş verib.

1968-ci il təvəllüdlü Rəsulova Maral Yəhya qızı özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş, diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb. Qadın aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar müvafiq alət və avadanlıqlardan  istifadə  edərək Maral Rəsulovanı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil vermişlər.

Aparılmış ilkin müayinə zamanı  47 yaşlı qadının bel nahiyəsindən xəsarət aldığı müəyyən olunub.

Xilasedicilər hadisə yerinə təkrar baxış keçirərək təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.